23 İyun 2019 00:39
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

AZƏRKİTAB - Kitab Təbliğatı Mərkəzində yazar Tural Anaroğlunun “Yad planetli” kitabının təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azərkitab-Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Sabir Həsənov belə tədbirlərin keçirilməsinin gənclərimizin maariflənməsi, onların kitaba, mütaliəyə marağının artırılması məqsədi daşıdığını bildirib.

Yeni kitabını oxuculara təqdim edən Tural Anaroğlu hekayələrinin “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə, “525-ci qəzet” və “Exo” qəzetində dərc edildiyini deyib. Son nəşri olan “Yad planetli” kitabı barədə məlumat verən yazıçı bu topluya daxil olan hekayələri həyatda baş vermiş hadisələr əsasında yazdığı qeyd edib.

Tanınmış ziyalıların və yazıçıların iştirak etdiyi tədbirdə yazıcının kitabının və yaradıcılığının özünəməxsus xüsusiyyətlərindən söhbət açılıb.


Müəllif: Teleqraf.com