30 Yanvar 16:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Qafqazda sülh və sabitliyin nə qədər vacib olduğunu yaxşı anlayır”.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan bu istiqamətdə irəliləmək üçün bütün mümkün addımları atır.

N.Paşinyan qeyd edib ki, Ermənistan və Gürcüstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük potensial var. O, komissiya çərçivəsində qarşılıqlı faydalı təşəbbüslərin hazırlandığını vurğulayıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər