30 Yanvar 18:04
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Qara dəniz sualtı kabel layihəsinə qoşulmaqda maraqlıdır və buna hazırdır.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan regional iqtisadi infrastrukturların tam açılmasında və istifadəsində maraqlıdır.

Qeyd edək ki, Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin iştirakçıları Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstandır. Kabelin tikintisi haqqında strateji tərəfdaşlıq sənədi 2022-ci ilin dekabrın 17-də Buxarestdə imzalanıb. Layihənin 2030-cu ilədək başa çatdırılması planlaşdırılır.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər