30 Yanvar 15:59
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda erməni həmkarı Nikol Paşinyanla təkbətək görüş keçirib.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıblar, Gürcüstan və Ermənistan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 14-cü iclasında müzakirə olunacaq məsələləri nəzərdən keçiriblər.

Tərəflər regiondakı mövcud vəziyyətə və sülh prosesinin gedişinə də diqqət yetiriblər. İ.Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməyə, bölgədə sabitliyin və sülhün təmin olunmasına töhfə verməyə hazır olduğunu bir daha təsdiqləyib.

Görüşdə, həmçinin Gürcüstanla Ermənistan arasında müxtəlif formatlarda yüksək səviyyəli dialoqun və bir çox sahələrdə sıx əməkdaşlığın ikitərəfli münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyi vurğulanıb.

İ.Kobaxidze erməni həmkarını Gürcüstana rəsmi səfərə dəvət edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər