3 İyul 2014 17:24
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraq və Şam İslam Dövləti” (İŞİD) silahlı qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin üzünü görmək iştəyən azərbaycanlıların sayı artıb.

Dünya müsəlmanlarını İŞİD-in nəzarəti altında olan ərazilərə köçməyə çağıran “xəlifə” Əbu Bəkr Əl-Bağdadinin təklifinə Azərbaycandan cavablar gəlib.

İŞİD-də məxsus saytlarda özünü azərbaycanılı kimi təqdim edən şəxslər “xəlifə”nin üzünün görmək istədiklərini yazıblar. Həmin şəxslər İŞİD-lə bağlı xəbərlərə “hər kəs xəlifəyə tabe olsun” kimi şərhlər yazıblar. Hətta onlar Bağdadini öz “xəlifə"ləri adlandırıblar.

“Xəlifəmizin bu açıqlamasından sonra artıq iki cəbhə yaranıb: müsəlmalar və kafirlər. Allah bizi kafirlərdən qorusun. Xəlifəmizin üzünün görmək istəyirik. Xəlifəmiz bir şey bildiyi üçün üzünü bizdən gizlədir”.

Qeyd edək ki, Əl-Bağdadi ötən gün yayılmış səsli mesajında müsəlmanları İraq və Suriyiya köçərək İslam dövlətinin qurulmasına kömək eləməyə çağırıb. Əl-Bağdadi bunun hər bir müsəlmanın vəzifəsi olduğunu bildirib.

Əl-Bağdadi İraq və Suriyada ələ keçirdikləri ərazilərdə qurmaq istədikləri İslam Dövləti üçün həkimlərə, hüquqçulara, mühəndislərə, hərbçilərə və idarəçilərə ehtiyac olduğunu bildirib.

/ans press/


Müəllif:

Oxşar xəbərlər