4 İyul 2014 12:26
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla iyulun 3-də Lerik Rayon Mədəniyyət Evində rayon ziyalıları və dindarlarla görüşüb.

Rayonun rəhbər işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, dindarların və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi görüşdə Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə fikir mübadiləsi aparılıb.

Dövlət müşaviri Kamal Abdulla ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edərək, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması, təbliği və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasəti və nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə danışıb. O, Prezident İlham Əliyevin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələri diqqətə çatdırmış, bundan irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə həyata keçiriləcək işlərdən bəhs etmiş və dövlət-din münasibətləri, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyət və layihələrlə bağlı fikirlərini bölüşüb.

/ans/


Müəllif: