5 İyul 2014 11:07
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Cəlilabad rayonunda 39 yaşlı kişi qonşuları tərəfindən həyətində vəhşicəsinə döyülüb.

Hadisə torpaq üstündə baş verib.

Belə ki, Uzuntəpə kəndində yaşayan 1975-ci il təvəllüdlü Maarif Məmmədəli oğlu Ağayev qonşu qardaşalrın hücumuna məruz qalıb. Gecə saat 03:00-da qonşuluqda yaşayan Ramin və Zamin Əzimov qardaşları Maarif Ağayevin qapısını döyüb. Qapını açan zaman Maarif qardaşalrın hücumuna məruz qalıb.

Onu ölümcül döyən qardaşlara heç kim mane ola bilməyib. Avradı və uşaqlarının gözü qarşısında döyülən M.Ağayevi xəstəxanaya aparıblar. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən qardaşalrı isə polis saxlayıb. Məlum olub ki, insident torpaq üstündə olub.

Demə qonşuluqda yaşayan qardaşlar M.Ağayevin torpaq sahəsində kartof əkiblərmiş. Qonşularının bu əməlinə əsəbləşən M.Ağayev buna öz etirazını bildirib və əkinə mane olub. Daha sonra qardaşlar Maarifin həyətini çəpərə alıblar. M.Ağayev də, öz növbəsində çəpəri söküb.

Əzimov qardaşları isə bunun qisasını almaq üçün onu ölümcül döyüblər.

/ans press/


Müəllif: