7 İyul 2014 12:17
839
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadakı "Tropa Troyanova" (Troyanov cığırı") adlı radikal təriqətin lideriAleksey Şevstov "mürid"lərini döyərək "haqqın yolu"na çəkir.

"İnsanı döyərək tərbiyə etməyin rus xalqının mədəniyyətində və adətlərində xüsusi yer tutduğunu" iddia edən təriqət lideri, psixologiya elmləri doktoru A.Şevtsov tərəfdarlarını döyür, şapalaqlayır, onları dəyənəklə vurur.
İbadətlərdən birində o, 6 aylıq hamilə olan qadını şapalaqlayıb və deyib: "Bu murdar insan, bu ləçər əxlaqsızlıq edib. O, dünən bir kişiyə göz-qaş edirdi. Mən bu qadının içindəki İblisi çıxarmağa çalışacağam".
Hamilə qadının yanında isə gözü qara lentlə bağlanmış əri oturmuşdu. O, arvadının döyüldüyü anlarda sakit oturub, səsini çıxarmayıb.
/milli.az/

Müəllif: