9 İyul 2014 11:22
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin şərqinə səfər edən Ukrayna prezidenti Petr Poroşenkoya qarşı terror cəhdi olub.

Bu barədə məlumat prezidentin mətbuat katibi Svyatoslav Çelolko tərəfindən açıqlanıb.

S. Çelolko deyib ki, separatçılardan azad edilən Slavyansk şəhərində prezidentə qarşı irimiqyaslı terror aktı planlaşdırılıb.

Terrorçular bunu P. Poroşenkonun Slavyanska səfəri zamanı həyata keçirməyi nəzərdə tutublar: “Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində terror törətmək istədəyən qruplar zərərsizləşdirilib. Məlum olub ki, terror iki təxribat qrupu tərəfindən törədilməliymiş”.

Mətbuat katibi bildirib ki, artıq cinayətkarlar saxlanılıb və zəruri olan digər tədbirlər həyata keçirilir.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Petr Poroşenko separatçılardan 2 gün əvvəl azad edilmiş Donetsk vilayətinin Slavyansk şəhərinə səfər edib.

/aznews/


Müəllif: