10 İyul 2014 16:39
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hökuməti ölkədən qaçan erməniləri geri qaytarmağa çalışır.



İrəvan bununla bağlı “Evə dön” adlı layihə hazırlayıb. Lakin bu layihə heç bir nəticə vermir. Erməni mətbuatının yazdığına görə, təkcə ötən il Suriya münaqişəsi nəticəsində 4,5 min erməni Ermənistana qayıdıb. Amma onların 51%-i mövcud həyat şəraiti ilə razılaşmayaraq ölkədən qaçıb.

Hazırda ölkədən qaçan ermənilərin əksəriyyəti xarici ölkələrdə miqrant kimi yaşayır.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bu günə kimi, ermənilər Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda yerləşdirilir. Suriya ermənilərinin daha çox Laçın və Zəngilana yerləşdirildiyi bildirilir. Xarici KİV-lərin yazdığına görə isə, Dağlıq Qarabağda bu günə qədər 4 minə yaxın Suriya ermənisi məskunlaşdırılıb.

/ans press/

Müəllif: