10 İyul 2014 17:04
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqanskda Ukrayna ordusu separatçıların BM-21 “Qrad” qurğusunu məhv edib.



Bu barədə Ukrayna Antiterror əməliyyatı qrupunun mətbuat katibi Vladislav Seleznyev Facebook shifəsində yazıb.

Onun sözlərinə görə, Luqanskda qızğın döyüşlər gedir. Ordu qüvvələri separatçıları sıxışdırır. Silahlılar şəhəri tərk edir.

“Ukrayna hərbçiləri Seversk rayonunda qəfil hərbi əməliyyatlar keçirərək separatçıların gücünün çox hissəsini bura cəlb edib. Eyni zamanda ordu Luqanskda da qəfil hücumlara keçib. Nəticədə separatçılara ağır zərbə vurulub. Silahlılardan xeyli sayda ölü var. Bundan başqa terrorçuların BM-21 “Qrad” qurğusu məhv edilib”, deyə Vladislav Seleznyev bildirib.

/ans press/


Müəllif:

Oxşar xəbərlər