Silahlı terrorçular imsak vaxtı Həma şəhərinin Xəttab kəndinə hücum edərək qətliam törədiblər.
MİRSAD insan haqları təşkilatı terrorçular tərəfindən törədilən qətliamda 14 nəfərin öldürüldüyünü açıqlayıb. Öldürülənlərin 7-si qadın olmaqla, hər biri sivillər olub.
Hətta onları öldürdükdən sonra cəsədlərini də parçalayıblar. Qətliamın səbəbi isə sünnilərin yaşadığı Xəttab kəndinin əhalisinin Suriya hökumətini dəstəkləmələri göstərilib.
/publika.az/