18 İyul 2017 11:31
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın gələcəyi bizim dini dəyərlərə münasibətimizdən asılı olacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov “İslam həmrəyliyi və media “mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

"Hacı Cavad" məscidi ilə bağlı məsələnin mətbuatda işıqlandırılması məsələsinə toxunan Əflatun Amaşov jurnalistləri bu mövzuda diqqətli olmağa çağırıb: “Hər kəs bilməlidir ki, bu məsələdə Azərbaycan dövləti heç zaman geri çəkilməyəcək. Geri çəkilsək, sabah "Azad qadın" heykəlinin qarşısında da piketlər ola bilər. Bu mənada media qurumlarına kifayət qədər diqqətli olmağı məsləhət görürəm. Biz hara qədər getməliyik? İslam dininin elm, mərhəmət, sülh dini olduğunu cəmiyyətə çatdırmalıyıq. Mətbuatda yayılan məlumatlar müəyyən qruplar arasında qarşıdurma yaratmamalıdır. Bu məsələdə diqqətli olmalıyıq. Çünki ölkəmizdə din dövlətdən ayrıdır. Elə etməliyik ki, dinə olan münasibət Azərbaycanı orta əsrlərə aparmasın. Azərbaycanın gələcəyi bizim dini dəyərlərə olan münasibətimizdən asılı olacaq”.

Şura sədri jurnalistlərin maarifləndirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsi ilə Mətbuat Şurasının birgə tədbirlər təşkil etdiyini deyib: “Yəqin ki, bir neçə ay sonra yenidən bu cür tədbirlər keçiriləcək”.


Müəllif: Səxavət