İspaniya hökuməti Liviyadakı diplomatların təxliyəsi barədə qərar qəbul edib.
Məlumata görə, buna səbəb Liviyada vəziyyətin pisləşməsi və hökumət qüvvələri ilə silahlı islamçı qruplaşmalar arasında qarşıdurmaların çoxalmasıdır.
Yunanıstan isə bu gün Liviya sahillərinə “Salamis” freqatını göndərib. Məqsəd səfirlik işçilərini və bu ölkədə yaşayan Yunanıstan vətəndaşlarını təxliyə etməkdir. Freqatda xüsusi təyinatlı dəstənin olduğu bildirilir.
/APA/