6 Noyabr 2020 11:19
2 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni vandalizmi nəticəsində işğal edilən əraziləmizin böyü bir hissəsi uğurlu hərbi əməliyyatlar nəticəsində azad olunub. Artıq Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan şəhərləri, bir çox qəsəbə və kəndlərimiz azad edilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə çıxışı zamanı deyib.

Spiker əlavə edib ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü təmin etmək üçün əməliyyatlar aparır:

“Qırx gündən artıqdır ki, hərbi əməliyyatlar gedir. Ermənilərin son 30 ildə yaratdığı cəbhə xətti darmadağın edilib, düşmənin hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb”.

Milli Məclisin sədri Azərbaycanın ciddi diplomatik uğurlar da əldə etdiyini vurğulayıb. Xatırladıb ki, məhz bu fəaliyyətin nəticəsində Ermənistan pis vəziyyətə düşüb.

Spiker qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü və süverenliyini təmin edəcəyi gün uzaqda deyil:

“Tezliklə Şuşa şəhərində, həmçinin Xankəndidə, Laçında Azərbaycan bayrağı qaldırılacaq. Prezidentin yorulmaz fəaliyyəti hər bir kəsə-biz deputatlara da nümunədir. Ali Baş Komandanın dediyi kimi, biz haqq yolundayıq, qalib gələcəyik, haqq uğrunda mübarizə aparırıq. Yaşasın Azərbaycan Ordusu! Qarabağı Azərbaycandır!”.


Müəllif: Cavad

Oxşar xəbərlər