28 Noyabr 2020 23:07
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qardaş Azərbaycan Qarabağı qətiyyətli bir hərbi zəfərlə geri alandan sonra Türkiyə ilə Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa dəmir və avtomobil yolları ilə əlaqə qurulması üçün şanslar yaranıb. Cümhuriyyətimizin banisi qazi Mustafa Kamal Atatürkün Naxçıvanla sərhəd yaradılmasına verdiyi önəm və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi səylər illər sonra öz səmərəsini verib.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Təkirdağ-Hayrabolu avtomagistralının Kandamış hissəsinin açılış mərasimindəki çıxışında deyib.

"Azərbaycanın öz torpaqlarına qovuşmasının, eləcə də Türkiyənin yol-infrastrukturuna böyük məbləğdə sərmayə yatırmasının əhəmiyyətindən danışan parlamentin sədri Mustafa Şentop bildirib: “Ölkə olaraq qovuşmaq anlayışının sevincini yaşayırıq. Tarixi İpək Yolunu birlikdə canlandıracağıq. Orta Asiyada yaşayan qardaşlarımızla da iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimiz genişlənəcək. Ölkəmizdə həyata keçirdiyimiz infrastruktur sərmayələrini və bu sahədəki təcrübəmizi Orta Asiyaya da daşıyacağıq.”


Müəllif: Teleqraf.com