25 Aprel 2021 08:01
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ASALA və JCAG kimi erməni terror təşkilatları tərəfindən törədilən qətliamlara dair videoçarx hazırlayıb.

Teleqraf.com xəbər verir ki, videoçarxı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun öz rəsmi Tvitter səhifəsində paylaşıb.

F.Altun paylaşımında şərh olaraq bildirib: “Erməni terror təşkilatları, bir sıra sui-qəsdlər, bombalı və silahlı hücumlar təşkil edərək türklərlə yanaşı, Azərbaycan, Fransa, İsveç və ABŞ vətəndaşları da daxil olmaqla çox sayda dinc insanı qətlə yetirib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər