8 Sentyabr 2023 20:14
13 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan bölgədəki gərginlik vasitəsilə regional siyasətdə “əsas rol”da oynamağa ümid edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Azərbaycan və Ermənistan arasındakı son gəlişmələrə diqqət çəkib:

“Vəziyyət 2020-ci ilin sentyabrını çox xatırladır. Hərbi qüvvələrin yenidən qruplaşdırılması, hərbi-siyasi gərginliyin informasiya təminatı, Moskva ilə İrəvan arasında maraqların toqquşması... Fərq ondadır ki, indi 2020-ci il deyil, Ermənistan növbəti keçiddə “at dəyişdirməyə” çalışır. Amma bu çox riskli addımdır.

Paşinyan məhz bu gərginlik vasitəsilə regional siyasətdə “əsas rol”da oynamağa ümid edir. Erməni strateji düşüncəsi Cənubi Qafqazda Rusiya ilə Qərbin qarşıdurmasında öz ölkəsini az qala ön sırada və bu qarşıdurmada özlərini “əsas mükafat” kimi görür.

Düzdür, burada eyhamlar var ki, Rusiya “mükafat”ı unuda bilər və Qərbin hələ də onu əldə etmək şansı var. Əlbəttə, Ermənistan kömək etməyə hazırdır, amma kollektiv Qərb də bunun üçün birgə oynamalıdır. Onların fikrincə, bundan sonra arzuladıqları “mükafat” əllərində olacaq.

Bir problem var. Onlar yeni dünyaya erməni baxışlarında Azərbaycanın eyni Qərb üçün geosiyasətdəki rolu və yerini ya anlamırlar, ya da tam dərk etmirlər. Bəlkə də başa düşməmələri yaxşıdır. Ermənistan mənə uçuruma üz tutmuş topal atı xatırladır. Tullanmağa hazırlaşır, çoxları onu alqışlayır, amma onun gücü artıq əvvəlki kimi deyil, uçuruma düşmə riski çox böyükdür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər