17 Sentyabr 2023 15:23
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qalıqların eyniləşdirilməsi vaxt tələb edən məsələdir".

Teleqraf.com xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu proses uzun çəkə bilər: "Amma təcrübəli ekspertlər prosesə cəlb olunub. Vətəndaşlarımız çoxsaylı müraciətləri əsasında biz təhlillər aparırıq".

Qurum rəsmisinin sözlərinə görə, eyniləşdirilmə prosesi davamlıdır: "İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb. Bu, eyniləşdirmə üçün vacibdir".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər