Türkiyədə AKP-nin seçki tədbirində silahlı hücum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X”dəki hesabında yazıb.
Nazir bildirib ki, İstanbul şəhərinin Küçükçekmece rayonunda Əziz Yeniayın namizəd olaraq irəli sürüldüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb.
Hücumda 32 yaşlı E.G.D. yaralanarkən hadisə yerinə çoxlu sayda polis qrupu sövq edilib. Xəsarət alana ilkin tibbi yardımdan sonra ətrafdakı özəl xəstəxanaya yerləşdirilib. Bölgədə təhlükəsizlik tədbirləri alan polis qrupları hadisəni törədən şəxs və ya şəxslərin tutulması üçün əməliyyata başlayıb.
Hadisə araşdırılır.