Moskva vilayətinin Səhiyyə İdarəsi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində 140 nəfərin yaralandığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə regional idarənin saytında yer alan məlumatda deyilir.
Qeyd olunur ki, bu siyahıdan 31 nəfərə ambulator qaydada tibbi yardım göstərilir, daha üç nəfər isə tibb müəssisələrindən evə buraxılıb.