13 Mart 2015 14:11
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin həmkarı Yanko Veber ilə görüşüb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü keçirilib.

Nümayəndə heyətlərinin geniş tərkibdə baş tutan görüşündə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə edilib.

Danışıqlar bitdikdən sonra müdafiə naziri Şərəf kitabını imzalayıb.

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq keçirilib və müdafiə nazirləri görüşün yekunları barədə medianı məlumatlandırıblar.

BƏXTİYAR


Müəllif: