Türkiyədə 56 yaşlı anası Şükriyyə Yılmazı başını divara vuraraq, öldürməkdə günahlandırılan 25 yaşlı Tayfun Yılmazın məhkəməsi yekunlaşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin iyul ayında baş verib. Qonşular uzun müddət ortada görünməyənı Şükriyyə Yılmazı evində öldürülmüş vəziyyətdə tapıb.
İstintaqa başlayan polis Şükriyyə Yılmazın oğlu Tayfun Yılmazı şübhəli kimi saxlayıb. Psixoloji problemləri olan Tayfun Yılmaz polisə verdiyi ilkin ifadəsində "Anamın içinə şeytan girdiyi üçün onun başını divara vuraraq öldürdüm. Daha sonra spirtli içki götürüb O.Y. adlı dostumun evinə gedib gizləndim" deyib.
Bundan sonra polis O.Y.-ni də nəzarətə götürüb.
Bursa Ağır Cəza Məhkəməsi qarşısına çıxarılan Tayfun Yılmaz ifadəsində "Anam cadu edirdi. Bu səbəbdən onu iblis, şeytan kimi görürdüm və öldürdüm. Nə etdiyimin fərqində deyildim" deyib.
Hakim günahını qəbul edən ana qatilini ömürlük həbs cəzasına məhkum edib. Ona kömək etdiyi təsdiqlənən O.Y.-ni isə 8 il 4 ay azadlıqdan məhrum edib.
Rüstəm