3 Fevral 2016 11:21
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvəz Həsənov: “Bu televiziyaya ayrılan vəsait vətəndaş cəmiyyətinə verilən pul hesab oluna bilməz”

Avropa Birliyi Azərbaycan vətəndaş cəmiyyəti üçün ayırdığı maliyyə vəsaitini Meydan TV-yə verir.

Teleqraf.com-a daxil olan xəbərə görə, Avropa Birliyi müxtəlif beynəlxalq tədbirlərdə Meydan TV-yə verdiyi vəsaiti “Azərbaycanda vətəndaş cəmiyyəti üçün ayrılan pul” kimi təqdim edir. Hazırda Almaniyada yaşayan Emin Millinin yaratdığı və elə orada da fəaliyyət göstərən Meydan TV hər il Avropa Birliyindən böyük məbləğdə layihələr “udur”. Saytın rəhbərliyi ölkəmizdə yaşamadıqları halda, özlərini “Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri” kimi təqdim etməkdən utanmırlar.

Avropa Birliyinin müxtəlif beynəlxalq tədbirlərdə Meydan TV-yə verdiyi vəsaiti “Azərbaycanda vətəndaş cəmiyyəti üçün ayrılan pul” kimi təqdim etməsi faktını hüquq müdafiəçisi Əvəz Həsənov da təsdiqləyib.

Onun sözlərinə görə, bu yaxınlarda Avropa Birliyində görüş zamanı bu məsələ müzakirə edilib: “Mən bildirdim ki, Azərbaycanda vətəndaş cəmiyyətinin Avropa Birliyindən vəsait almaq imkanı yoxdur. Bu televiziyaya ayrılan vəsait vətəndaş cəmiyyətinə verilən pul hesab oluna bilməz. Söylədim ki, Avropa Birliyi Azərbaycandakı vətəndaş cəmiyyətini dəstəkləməkdə maraqlı olmalıdır. Mühacirətdə olan şəxslərin yaratdığı təşkilata, yaxud media orqanına pul ayrılması Azərbaycanda olan vətəndaş cəmiyyətinə yardım demək deyil”.

Kəmalə


Müəllif: