9 İyul 2014 15:02
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Prezidenti, deyəsən həm ölçü hissini, həm də nüfuzunu tamam itirib”.

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.

N.Məmmədov bildirib ki, Ermənistan prezidentinə regionumuzda olan münasibət Argentinada da göstərildi.

PA rəsmisi qeyd edib ki, Sarkisyan Buenos-Ayresdə də özünü İrəvandakı kimi hiss edərək hamının onu qarşılayacağını düşünüb: “Amma bu, belə olmadığı üçün erməni əsilli argentinalı sahibkar Eduard Ernekyana şikayət edib”.

Qeyd edək ki, yerli KİV-lərin yazdığına görə, Argentinanın prezidenti ilə görüşmək üçün Ermənistan prezidenti Serj Sarkisyan və nümayəndə heyəti üç saat hoteldə gözləyib. Amma sonda onlara bildirilib ki, prezident özünü yaxşı hiss etmir və görüşmək istəmir.

Yayılan məlumata görə, paytaxt Buenos-Ayresdə bir neçə görüşdən sonra günorta Serj Sarkisyana təklif ediblər ki, “Palacio San Martin” hotelində vitse-prezident Amadu Voudou və xarici işlər naziri Hektor Timermanla naharda iştirak etsin.

Bundan başqa Sarkisyana dərdini danışmaq üçün qəbirstanlığa getməyi və orada general San-Martinin qəbrini ziyarət etməyi məsləhət görüblər. Sonra Argentina tərəfinin yola verməsi “ali” qonağı Buenos-Ayresin meri Maurisio Makrinin qəbulu ilə davam edir. Heç kimin önəm vermədiyi səfərdə yenə də erməni diasporu prezidentin köməyinə çata bilir.

Qeyd edək ki, Argentinada dünyaca üçüncü ən böyük erməni diasporu fəaliyyət göstərir.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər