19 İyul 2014 21:54
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şura rəhbərliyinin sessiya keçirmək üçün müvafiq yer tapa bilməməsi barədə açıqlamalarını KXCP sədri alt-üst edib.

M. Mirəlioğlu deyib ki, Milli Şuranın sessiyası istənilən zaman KXCP qərargahında keçirilə bilər. Əgər şura rəhbərliyi bu qərargahı bəyənmirsə, bu, ayrı məsələ. Milli Şura üzvü isə deyir ki, onların KXCP-nin qərargahına getməməsinin özəl səbəbləri var. Birinci səbəb budur ki, KXCP sədri Koordinasiya Şurasının üzvü olsa da, onun toplantılarına qatılmır.

Qatılanda isə qəbul edilən qərarların bir çoxuna etiraz edir. Həm də KXCP-də keçirilən sessiyalar zamanı imkan verməzlər ki, şuraya yeni üzvlər qəbul edilsin. Çünki KXCP tərəfi bir dəfə yeni üzvlərin qəbuluna maneçilik törədib və hətta Milli Şuradan çıxa biləcəyini elan edib.


Müəllif: