22 İyul 2014 18:52
928
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İtaliya-Azərbaycan dostluğu inkişafın ən yüksək mərhələsindədir. İki dövlət arasında ikitərəfli münasibətlər ildən-ilə genişlənir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli deyib.

A.Kərimli bildirib ki, İtaliya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və ötən dövrdə ölkələrimiz arasında bütün sahələrdə inkişaf nəzərə çarpır. Onun sözlərinə görə, bu münasibətlər ildən-ilə inkişaf edir. “Ölkələr arasında həm iqtisadi, həm də siyasi baxımdan çox yaxşı münasibətlər var. İki ölkənin parlamentlərarası əlaqələri də çox yaxşı səviyyədədir. Ölkələr arasında neft və qeyri-neft sektorunda normal münasibətlər qurulub.

Bu münasibətlər gündən-günə inkişaf edir. Prezident İlham Əliyevin İtaliyaya səfəri dövlətlər arasında dostluğu daha da möhkəmləndirəcək”, deyə A.Kərimli qeyd edib.

Səxavət


Müəllif: