26 İyul 2014 19:15
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşəbbüsü ilə bir qrup azərbaycanlı jurnalistlərin Gürcüstana aparılması “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədlini əsəbləşdirib.

Məmmədli hesab edib ki, sədri olduğu təşkilatın Elat bayramı keçirmək istədiyi bir tarixdə başqa bir qurumun jurnalistləri Gürcüstana aparması yaxşı mənalı deyil və həm də milli maraqlardan aralı bir haldır. Zəlimxan Məmmədli xüsusilə vurğulayıb ki, əslində, bu təşkilat jurnalistləri iyulun 26-da və ya 27-də də Gürcüstana apara bilərdi. Lakin gediş tarixinin 3 avqusta salınması təəccüblüdür.

Çünki bu tarixdə Dmanisi rayonunda minlərlə insanın iştirakı ilə Elat Mədəniyyət günləri təşkil olunacaq. “Borçalı” Cəmiyyətinin sədri jurnalistləri avqustun 3-də Elat tədbirinə çağırıb.

Teleqraf.com


Müəllif: