26 İyul 2014 22:48
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: " Mərakeşin milli bayramı - Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və əməkdaşlıq münasibətləri ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq daim möhkəmlənəcək və inkişaf edəcəkdir".

İlham Əliyev VI Məhəmmədə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və firavanlıq diləyib.


Müəllif:

Oxşar xəbərlər