Noyabrın 1-də saat 13 radələrində Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Xaçmaz rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
***
15.37
Xaçmazda qətl törədilib.
Teleqraf.com "Report"a istinadla xəbər verir ki, 57 yaşlı İlham Rüstəmovun tanışı tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi bildirilib.
Hadisəni törədən şəxsin könüllü olaraq polisə təslim olub.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.