11 Noyabr 10:24
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə aidiyyəti şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Son 1 ay ərzində rayon ərazisində sanitar qayda pozuntusuna yol verən 44 şəxs barəsində inzibati tənbeh tədbirinin görülməsi təmin edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər