"Çelsi" daha üç futbolçusu ilə yolları ayırıb.
"Çelsi" Eşli Kouldan sonra Samuel Eto'o, Sem Hatçinson və Hilariu ilə 2013/2014 mövsümünün sonu başa çatan müqaviləni yeniləməyib.
London təmsilçisi 41 yaşlı qapıçısı Mark Şvartserlə isə bir illik yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, M.Şvartser "Çelsi"də 12 matçda qapını qoruyub./qol.az/