12:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 5-də dahi Azərbaycan bəstəkarı və pedaqoqu, Xalq artisti, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli ictimai və elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Qara Qarayevin anadan olmasından 107 il ötür.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə və tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri Xiyabana gələrək dahi bəstəkarın məzarını ziyarət edib, qəbri üstünə güllər düzüblər.

Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Qara Qarayevin fəaliyyətindən danışıb:

"Qara Qarayev böyük azəbaycanlıdır. Musiqisi, bəstəkar kimi fəaliyyəti ona böyük şöhrət gətirdi. Dahi bəstəkar, böyük pedaqoq və hamımızın müəllimiydi. Keçmiş Sovet İttifaqında Azərbaycan bəstəkarlıq məktəbini yaratdı və bütün dünyaya tanıtdı. Qara Qarayev həm də böyük ictimai xadim idi. Həmişə Azərbaycan musiqisini Sovet İttifaqında və bütün dünyada təbliğ edirdi".

Mədəniyyət nazirinin müavini Murad Hüseynov isə bildirib ki, Qara Qarayevin elə əsəri yoxdur, dünyada tanınmasın və sevilməsin: "Qara Qarayevin əsərləri dünyanın böyük konsert salonlarında səslənir və bu əsələr həmişə ifa olunacaq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər