Ermənistan cəmiyyətində Azərbaycan və Türkiyəyə qarşı ciddi nifrət mövcuddur.
Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev bildirib.
"Bu nifrət həm tarixi amillərdən, həm də uzun illər boyunca formalaşmış düşmənçilik ideologiyasından qaynaqlanır. İrəvan hökuməti isə bu nifrətə qarşı heç bir tədbir görmür, əksinə, bəzi hallarda onu qızışdıran siyasət aparır.
Sülhün təmin olunması üçün Ermənistanda nifrət ideologiyasının aradan qaldırılması, region ölkələri ilə normal münasibətlərin qurulması və irredentist iddialardan (əsassız ərazi iddiaları-red) imtina edilməsi vacibdir. Əks halda, bölgədə davamlı sülh və sabitlik əldə etmək çətin olacaq",- o qeyd edib.