"Liverpul" yeni mövsüm üçün transferlər etməyə davam edir.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə təmsilçisi son mövsüm "Sauthempton"da oynayan Adam Lallananı heyətinə cəlb edib.
26 yaşlı hücumameylli yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Bu transfer üçün klub "Sauthempton" təmsilçisinə təxminən 31 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, İngiltərə millisinin şərəfini qoruyan A.Lallana DÇ-2014-ün qrup matçlarında oynayıb.