Azərbaycanlı hakimlər ÇL və AL-ə təyinat alıblar.
Teleqraf.com AFFA-nın saytına istinadən xəbər verir ki, FIFA referiləri Əliyar Ağayev və Anar Salmanov UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinə təyinat alıblar:
Çempionlar Liqası, II təsnifat mərhələsi. 23 iyul
"Aktobe" (Qazaxıstan) - "Dinamo" (Tbilisi, Gürcüstan)
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Zeynal Zeynalov
Dördüncü hakim: Rauf Cabbarov
Avropa Liqası, II təsnifat mərhələsi. 24 iyul
"Vaduts" (Lixtenşteyn) / "Collage Europa" (Cəbəllütariq) - Ruch Chorzow (Polşa)
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Vaqif Musayev
Dördüncü hakim: Rəhim Həsənov