"Ankara Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Türkiyə hissəsinin tikintisinin başa çatdırılmasında qərarlıdır".
Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirib. Onun sözlərinə görə, BTQ dəmiryolunun Türkiyə hissəsinin tikintisi son mərhələdədir: "Layihə qısa müddətdə başa çatmalıdır. Bu dəmir yolu vasitəsilə birbaşa Çindən Avropaya əlaqə qurulacaq".
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası razılaşması əsasında inşa edilir.