Bu ilin noyabrında banklardakı fiziki şəxslərin əmanətlərinin 65.2%-i milli valyutada, 34.8%-i xarici valyutada yerləşdirilib. Oktyabrda fiziki şəxslərin əmanətlərinin 66%-i milli valyutada, 34%-i xarici valyutada olub. Aylıq müqayisədə fiziki şəxslərin əmanətlərinin dollarlaşması artıb.
Teleqraf.com xəbər verir ki, fiziki şəxslərin manatla əmanətlərinin həcmi 9 milyadr 34 milyon manat, xarici valyutada 4 milyard 825.1 milyon manat təşkil edib.
Fiziki şəxslərin əmanət portfelinin 60.4%-i müddətli əmanətlərdir. Fiziki şəxslərin müddətli əmanətləri noyabr ayında 0.7% və ya 56.6 mln. manat artıb. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 833 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.2%-ni təşkil edib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması noyabr ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.1 faiz bəndi azalaraq 34.1% olub.
2024-cü ilin yanvar – noyabr aylarında banklar tərəfindən 966.5 milyon manat xalis mənfəət, 1 milyard 535 milyon manat əməliyyat mənfəəti generasiya edilib.