Cazibədar aktrisa bu pis vərdişin aludəçisi olub?
Teleqraf.com bildirir ki, Hollivud məşhurları arasında çox az adam təmiz keçmişə sahib olduğunu iddia edə bilər. Onlardan bəziləri narkotikdən, bəziləri isə alkoqolizmdən əziyyət çəkib.
Belə məşhurlardan biri də bu vərdişlərdən vaxtında qurtulmağı bacaran, dünyanın ən xeyirxah ulduzları sırasında yer alan Ancelina Colidir. Bu haqda jurnalistlərə narkotik alveri ilə məşğul olan şəxs açıqlama verib. O bildirib ki, 90-cı illərdə aktrisa sevgilisi ilə, daha sonra isə əri Bob Torntonla narkotik ticarətinə qoşulub. 68 yaşlı Fraklin Meyerin sözlərinə görə, Coli bir neçə il ərzində bu işlə məşğul olub:
“Coli bəzən həddindən artıq yüksək miqdarda narkotik istifadə edərək yanıma gəlirdi və qollarında çoxlu izlər olurdu”.
Franklin qeyd edib ki, Ancelina Bobla aralarında olan seks münasibətindən də söz açırdı. O, hətta Colinin indiyə qədər öz keçmiş əri haqqında düşündüyünü iddia edib. /Gecce.az/