Xəbər verdiyimiz kimi, tanınmış aparıcı-prodüser, bir sıra televiziya layihələrinin müəllifi Acun İlıcalı yeni mövsümdə aktrisa Məryəm Üzərlini "Yetenek sizsiniz Türkiye" yarışmasında münsif kürsüsündə görmək istəmişdi.
Bunun üçün Almaniyaya gedən aparıcı aktrisa ilə danışıqlara başlamışdı. Lakin M.Üzərli bu təklifi qəbul etməyib. O, körpəsini böyüdəcəyini və Türkiyəyə geri dönməyəcəyini bildirib. Aktrisa, ümumiyyətlə heç bir iş təklifinə hələ ki müsbət yanaşmadığını deyib.
Qeyd edək ki, Məryəm Üzərlinin iş adamı Can Ateşdən Lara adlı 5 aylıq qızı var.
/axşam.az/