25 İyul 2014 21:00
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Canlı efirdə şok açıqlama.

Bu gün “Günaydın” verlişində milli rəqslərimizin toy məclislərində hal-hazırkı yerindən danışılıb. Bununla bağlı studiyaya təşrif buyuranlara arasında peşəkar quruluşçu rəqqas Şəhriyar Cəfərov da olub.

Rəqqas avropalaşan xalqımızın milli adət-ənənələrdən uzaqlaşmağından şikayətlənib. O, hətta toylarımızın belə avropalaşdığını bildirib:

“Bizim toylarımız milli dərələrimizə xidmət etməlidir. Əvvəllər toylarımızda daha çox vağzalı çalınırdısa, bu gün əfsuslar olsun ki, qərb, Avropa musiqisi olan “mindirson” səslənir.

Qədimdə gəlinlərimiz toy günü qırmızı gəlinlik geyərdilər. Artıq avropalaşmışıq, o qırmızı rəng ağ gəlinliklə əvəz olundu. Qırmızı rəng Şərqdə namus, qeyrət, paklıq rəmzi hesab edilir. İndi gəlinin namusu qalıb ancaq belinə bağlanan o bir metrlik lentdə”.

/gecce.az/


Müəllif:

Oxşar xəbərlər