11 Avqust 2014 14:13
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Samir Piriyev “Bizim gün” verilişinin qonağı olub

Sənətçi aparıcının “Neçə yaşda ailə qurmaq lazımdır” sualına belə cavab verib:

“İndi bizdə qız gec ərə gedəndə deyirlər, evdə qalıb. Tez ailə qurmağın əleyhinəyəm. İnsan ikinci yarısını tapmalıdır. Əbəs yerə deməyiblər ki, yarımı axtarıram. Həmin yarını tapıb, ailə quranda bütöv olursan. İnsanlar heç nədən sığortalanmayıblar. Sabah başımıza nə gələcəyini bilmirik. İlk növbədə qadınla kişini Allahın rizası birləşdirir. Daha sonra sevgi. Biri var, ürəklə evlənmək, biri də var ağılla. Ailə qurduqdan sonra sevgi heç vaxt ölmür. Əksinə, insanı daha da doğmalaşdırır, məhəbbət böyüyür, övladla paylaşılır”

.

S.Piriyev eyni zamanda övladlarından da danışıb. O, bütün qazancını övladlarına xərclədiyini deyib:

“Mən artıq bütün yatırımımı övladlarıma edirəm. Onlara savad, təhsil verirəm. Sabah mən olmayanda onlar əziyyət çəkməsinlər”.

/Axşam.az/


Müəllif: