Teleqraf.com xəbər verir ki, Roza Zərgərli sentyabrın 15-dən ATV telekanalında “Bakı vaxtı ilə” adlı verilişlə tamaşaçıların görüşünə gələcək.
Proqramın ideya müəllifi müğənnidir özüdür. Məqsəd Azərbaycanın unudulmaz korifeylərini bir daha gündəmə gətirməkdir. Həftənin şənbə günləri yayımlanacaq proqramda mədəniyyətimizdə iz qoymuş sənətkarlardan danışılacaq. Verilişin ilk buraxılışı Şövkət Ələkbərovanın yaradıcılığına həsr olunacaq. Proqramda məhrum sənətkarın şəxsi həyatından tutmuş peşəkar fəaliyyətində üzləşdiyi sıxıntılara qədər bir çox gizli məsələlərə toxunulacaq.
Qeyd edək ki, ilk verilişin qonaqları “Şöhrət” ordenli Arif Qazıyev, tarzən, xalq artisti Zamiq Əliyev, əməkdar artist Aybəniz Haşımova və Almaz Orucova olacaq.
Pərvin