Müğənni Röya şəxsi İnstaqram səhifəsində ona təqdim edilən qeyri-adi hədiyyənin fotosunu paylaşıb.
Teleqraf.com xəbər verir ki, müğənninin bu maraqlı hədiyyəsi 32 kağızdan ibarətdir. 32 kağızın içərisində nələrin yazıldığını isə heç Röya da bilmir:
“Maraqlı hədiyyələrim çox olur. Amma bu onlardan daha maraqlı gəlirdi. Çünki məni sevməyinin 32 səbəbini yazmışdı. İndi vaxt tapıb açıb oxumaq istədim o da ki, yapışqan kağız imiş. Açsam cırılacaq. Deyirəm qalsın qocalanda bəlkə kağız xarab olub özü açılar. Mən də sevilməyimin 32 səbəbini ölənə yaxın bilib rahat gedərəm”
Pərvin