17 Sentyabr 2014 19:19
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən mətbuatda müğənni Rəqsanə İsmayılovanın süni mayalanma yolu ilə ana olmağa hazırlaşdığı iddia edilən xəbərlər yer aldı.

Tabloid.az xəbər verir ki, öncə buna münasibət bildirməyən müğənni nəhayət danışmaq qərarına gəlib. İki qız övladının olduğunu bildirən Rəqsanə süni mayalanmaya ehtiyacı olmadığını söyləyib:

“Mən sonsuz deyiləm. Süni mayalanmaya da ehtiyacım yoxdur. Aysun və Yağmur kimi övladlarım var. Başım klip çəkilişinə, qızımla hazırladığım yeni verilişə qarışıb. Allahın izni ilə üçüncü dəfə ana olmaq istəyirəm, amma bu yolla yox. Mən hər zaman düzünü danışan insanam. Bundan sonra da nə olsa, sevənlərimlə bölüşəcəyəm. Allaha dua edirəm ki, üçüncü dəfə də ana olum. Ailəli qadınam, burda eyib heç nə yoxdur. Mən uşaqları çox sevirəm. Əgər müğənni olmasaydım bu günə kimi 9 uşaq dünyaya gətirərdim. Süni mayalanmaya isə pis baxmıram. Qadınlar var ki, bu yolla uşaq sahibi olurlar”.


Müəllif:

Oxşar xəbərlər