9 İyul 2020 12:55
1 865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova pandemiyadan sonra ilk dəfə toy mərasimində iştirak edib.

Teleqraf. com xəbər verir ki, o, İnstaqramda toy mərasimindən video paylaşıb.

"Üç ay öncə başlanan bir dönəmi geridə qoyduq. Xəstəlik oldu, hər yer bağlandı, insanlar çox çətin vəziyyət yaşadı. Artıq onlar geridə qaldı və biz normal həyata döndük. Həqiqətən çox çətin vəziyyətdən keçdik. Üç ayı geridə qoyduq, artıq toylar başlayır. Hazırda Azərbaycanda vəziyyət yaxşı deyil. Xalqımıza səbr diləyirəm. İnşallah Azərbaycanda da hər şey geridə qalacaq. Orada da toylar başlayacaq. Xalqımız səbr eləsin, Allah böyükdür", - deyə qeyd edib.

Xatırladaq ki, Rusiyada toy mərasimlərinin keçirilməsinə icazə verilib.


Müəllif: Rəqsanə Həsənova