27 İyul 2020 10:55
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlərin və uca yaradanın mərhəməti sayəsində həyatdayam. Sağlamlığım üçün Allaha dua edən hər kəsə təşəkkür edirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artist Bəhram Bağırzadə deyib.

O bildirib ki, həyata qayıtmaq isti səhradan keçən sonsuz bir yol kimidir: “Bu yolun sonunda məni təmiz su axınları qarşıladı. Bütün bunlar sizin dualarınız sayəsində oldu. Namaz əsnasında məscidlərdə və evdə mənim üçün dua etdiniz, xristian kilsələrində şam yandırdınız və sinaqoqların müdrik sükutunda yaradana səslədiniz. Hətta heç bir dinə etiqad etməyənlər o qədər isti, səmimi sözlər söylədilər ki, mənim üçün onlar da bir dua oldu”.

“Tanış və dost olduğum hər kəsə çox təşəkkür edirəm! Tanımadığım insanlara xüsusi təşəkkür edirəm, çünki dualarınız və dəstəyiniz mənim üçün insan mehribanlığının ən təsirli, parlaq və əvəzolunmaz təzahürü oldu. Qoy Tanrının mərhəməti ömrü boyu sizinlə olsun. Sizə və sevdiyiniz hər kəsə can sağlığı arzu edirəm!”, – deyə Bəhram Bağırzadə qeyd edib.


Müəllif: Aysel Azad