18 Avqust 2020 14:58
2 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə həmkarı İbrahim Borçalının avtomobil qəzasında dünyasını dəyişən oğluna görə göz yaşını saxlaya bilməyib.

Teleqraf.com xəbər verir ki, o, İbrahim Borçalının övladının ölüm xəbərindən məyus olduğunu bildirib.

"Bir neçə müddət əvvəl İbrahim Borçalının oğlu dünyasını dəyişdi. İki gündür ki, İbrahimlə danışıram və sonra özümə gələ bilmirəm. Qardaş, Allah sənə səbr versin. Allah bizə əzizlərimizi, övladlarımızı verir və zamansız alır. Sənə zəng edə, danışa bilmirəm.

Mən hələ kişinin hönkürtü ilə dərindən ağlamağını görməmişdim. Allah sənə səbr versin. Deyirsən ki, bundan sonra yaşamağım çox çətindir. Amma yaşamalısan, sənin bir balan da var. Onun üçün yaşamalısan. Ölənlə kim ölüb?! Allahdan bir xahişim var, övladları bizdən tez alma! Görəsən, həyat niyə belədir? Bir-birimizin qədrini bilək, sonra itirəndə çox gec olur. Mehriban olaq, insanlara sağ ikən dəyər verək. Valideynlərimizi qocalar evinə, övladlarımızı uşaq evinə atmayaq!"- deyə o qeyd edib.

Qeyd edək ki, İbrahim Borçalının oğlu Rəhim Həsənov faciəvi şəkildə həyatını itirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər