Müğənni Nura Surinin atalığı Xanlar Səttarovun səhhəti pisləşib.
Teleqraf.com xəbər verir ki, Nura Suri bu haqda sosial şəbəkədə məlumat verib:
"Hazırda atam ağır xəstədir, beş gündür reanimasiyadadır. Dua edin! Bu insan qələbəni görməlidir! Haqqıdır!".
Qeyd edək ki, Nura Surinin anası Firəngiz Səttarova veteran, Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup əlildir.
O həmçinin, uzun müddət Azərbaycan Dövlət Televiziyasında işləyib.