14 İyun 2021 13:08
3 331
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana aparıcı Sərxan Kərəmoğlunun cavabını verib.

Teleqraf.com-un xəbərinə görə, Canana sosial şəbəkədə aparıcının ünvanına bu sözləri yazıb: "Sərxan bəy, düz deyirsiniz, Kərim bəylə ailə qurmuşdum. Lakin özünüz çox gözəl bilirsiniz ki, o, müstəqil insan olmayıb. Ana əlinə baxıb. Çünki ana deyib, nəyim var sizindir. Biz də ona güvənmişik.

Lakin mən dəfələrlə şahid oldum ki, bir ana oğlunu yanında köməkçi kimi işlədib, onun gələcəyini, ailəsini düşünmür. İllərdir oğluna bir ev qıymır, bu körpələr kirayələrdən-kirayəyə atılır. Özünüz də şahidsiniz ki, ən bahalı toy mərasimlərini Mətanət xanım aparır. Bir sual verən yoxdur ki, bəs, pullar hara gedib? Bir ev nədir ki, oğlunuza vermirsiniz?!

Böyüklük edə bilməyən, ailəsinin övladını düşünə bilməyən ana, dəfələrlə "boşan, sənə qız qəhətdir" deyən ana-bacı... Mən də insanam, ailəmə görə illərlə dözüb, oturdum. Artıq övladlarımın döyülməsinə dözə bilmədim.

Çox şükür, indi acı sözlərdən, təhqirlərdən uzaqıq. Qanunla balalarıma görə ev verilməlidir. Lakin hər şeyə tədbirli olan ana oğlunun adına heç bir ev almayıb. Məqsədləri tez-gec bu ailənin dağılmasını gözləmək idi. Siz sənətçisiniz və onu müdafiə etmək borcunuzdur".

Sərxan Kərəmoğlu Mətanət İsgəndərlini müdafiə edərkən "Mətanət İsgəndərli nə edib, etməyibsə qarışmıram. Amma bir həqiqət var, sən kimə ərə gəlmisən? Kərimə! Kərimlə birlikdə nə qazanmısan, nə əldə etmisən ki, Mətanət onu sənin əlindən alıb?", - deyə qeyd etmişdi.


Müəllif: Rəqsanə Həsənova